Accessibility links

Paşinyan: Ölkədə monopoliya, korrupsiya və siyasi məhbus yoxdur, polis vətəndaşları döymür


Nikol Paşinyan

“Ermənistan vətəndaşının səsi bir də heç vaxt saxtalaşdırılmayacaq, Ermənistan vətəndaşı bir daha özünü öz ölkəsində yad hesab etməyəcək, heç kim bir daha Ermənistan vətəndaşının hüquqlarını poza bilməyəcək”.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, bunu Ermənistanın baş nazirini əvəzləyən Nikol Paşinyan noyabrın 30-da Razdanda seçkiqabağı təbliğat kampaniyasında deyib.

İqtisadi monopoliya və xırda korrupsiya ləğv edilib. Keçmiş oliqarxlar artıq hökumətin qərarlarına təsir imkanlarından məhrum olublar.
Nikol Paşinyan

O qeyd edib ki, Ermənistanı santimetr, metr-metr inkişaf etdirəcək, onu həqiqətən də güclü və xoşbəxt ölkəyə çevirəcəklər.

Paşinyan 6 ay ərzində ölkədə baş verən dəyişiklikləri sadalayıb.

“Qaz vı işıq aztəminatlı ailələr üçün 20-10 dram ucuzlaşdırılıb, içməli su bahalaşmayacaq, hansı ki, dekabrda bahalaşmalı idi, amma 2024-cü ilədək bahalaşmayacaq. 209 min nəfərin maaşı artırılıb, 2019-cu ildə isə daha 200 min nəfərin maaaşları qaldırılacaq. Yanvarın 1-dən isə 85 min nəfərin pensiya və təzminatları artırılacaq. 'Gənc ailələr üçün əlverişli mənzillər' proqramı çərçivəsində ipoteka kreditləri üzrə faiz dərəcələri görünməmiş dərəcədə düşüb: ipoteka kreditlərini ikincil bazarda 5 faizdən götürmək olar. Son 7 ayda isə ipoteka üzrə faiz dərəcələri hamı üçün 1.5% azalıb”, Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, 125 min nəfərin borcu təmizlənib. Yəni “qara siyahıda” olan 125 min nəfər indi “Ağ siyahıdadır” və yenidən kredit götürə bilər.

“Həmçinin ikinci uşağa görə birdəfəlik təzminat 3 dəfə artırılıb. 38 min işçi kölgədən qanuni müstəviyə çıxarılıb.

209 min nəfərin maaşı artırılıb, 2019-cu ildə isə daha 200 min nəfərin maaaşları qaldırılacaq. Yanvarın 1-dən isə 85 min nəfərin pensiya və təzminatları artırılacaq.
Nikol Paşinyan

150 min nəfər yol hərəkəti qaydalarını pozduqlarına görə cərimədən azad edilib və nəticədə 13 milyard dram insanlara bağışlanıb. 2019-cu ildən 200 min nəfər səhiyyə sahəsində sosial paketdən istifadə edərək pulsuz müalicə olunacaq.

İqtisadi monopoliya və xırda korrupsiya ləğv edilib. Keçmiş oliqarxlar artıq hökumətin qərarlarına təsir imkanlarından məhrum olublar”, Paşinyan deyib.

Paşinyan daha sonra qeyd edib ki, seçkilər son 24 il ərzində ölkədə ilk dəfədir ki, saxtalaşdırılmır, ölkədə siyasi məhbus yoxdur, polis vətəndaşları döymür və dövlət sərhədlərinin qorunmasında iştirak edir.

Paşinyan sonda deyib ki, hökumətin qarşısına qoyulmuş bütün tapşırıqlar tam yerinə yetirilib.

(c) AzadlıqRadiosu

XS
SM
MD
LG