Accessibility links

Paşinyan istefa üçün son tarixə məhəl qoymadıqdan sonra etirazçılar Yerevanın küçələrini bağlayıblar


Müxalifət tərəfdarları Baş nazir Nikol Paşinyanı Azərbaycanla razılaşdırılan Dağlıq Qarabağda hərbi əməliyyatlara son qoyulmasına dair atəşkəs razılığına görə istefaya getməyə məcbur etmək üçün “vətəndaş itaətsizliyi” kampaniyasına başladıqdan sonra küçələri bağlayıblar.

Nümayişlər Paşinyanın 16 müxalifət partiyasından ibarət koalisiyanın dekabrın 8-i onun vəzifəsindən getməsi üçün qoyduğu tarixə məhəl qoymamasından sonra başlayıb.

"Nikol, xain!" və "Nikolsuz Ermənistan!" kimi şüarlar səsləndirən etirazçılardan ibarət qruplar Yerevanda yolları bağlayıb və şəhər metrosunu iflic vəziyyətinə qoyub.

Bir sıra iştirakçılar polis əməkdaşları tərəfindən saxlanılıb.

Mitinqlər Gümrü, Vanadzor və Ermənistanın digər şəhərlərində də keçirilib.

"Gördüyünüz kimi Nikol Paşinyan istefaya getmədi. Bu səbəbdən də Ermənistan vətəndaşları etiraz etmək və tələblərinin eşitdilməsi üçün dinc vətəndaş itaətsizliyi hərəkatı üçün qanuni hüquqa sahibdirlər" - deyə, Erməni İnqilab Federasiyası Partiyasının lideri İşxan Saqatelyan Yerevanda müxalifət tərəfdarlarına video müraciətində bildirib.

2018-ci ildə ümummilli etirazlar fonunda hakimiyyətə gələn Paşinyan Dağlıq Qarabağ bölgəsi və ətrafında altı həftəlik şiddətli döyüşlərə son qoyan, Moskvanın vasitəçiliyi ilə Azərbaycanla noyabrın 10-da qüvvəyə minən sazişə razılıq verdikdən sonra tənqidlərə məruz qalıb.

Paşinyan milli təhlükəsizliyin təmin edilməsi və keçmiş sovet respublikasında sabitliyə görə məsuliyyət daşıdığında israr edərək, vəzifədən getmək fikrində olmadığını deyib.

XS
SM
MD
LG