Accessibility links

Paşinyan istefasını elan edib


Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin buraxılması və erkən seçkilərin keçirilməsini təmin etmək məqsədilə çərşənbə axşamı günü vəzifəsindən istefa verdiyini bəyan edib.

“Hamıya seçkilərdə uğurlar arzulayırıq. Biz ədalətli seçkilərə zəmanət veririk”, Reuters agentliyi Paşinyanın sözlərinə istinadən məlumat verib.

Keçmiş müxalif lider olan Paşinyan hakimiyyətə may ayında etiraz nümayişlərinin keçirildiyi zaman gəlib. Onun 2018-ci ildə may ayında keçirilmiş etirazlar nəticəsində hakimiyyətə gəlməsindən sonra Ermənistandan parlament seçkiləri keçirilməyib. Paşinyan bildirib ki, parlamentin hazırkı tərkibi ölkədəki siyasi reallığı əks etdirmir.

Arxiv fotosu-Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan Yerevanda Respublika meydanında, 8 may, 2018.
Arxiv fotosu-Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan Yerevanda Respublika meydanında, 8 may, 2018.

Paşinyan istefa vermək niyyəti olduğu haqda oktyabrın 2-də Yerevanda keçirilən mitinq zamanı bildirmişdi.

Erkən seçkilərin keçirilməsi Paşinyanın etirazlar zamanı verdiyi əsas vədlərdən biridir. Ermənistan parlamentində ən böyük fraksiya hələ də Paşinyanın sələfi olan Serj Sarkisyanın Respublikaçı Partiyasına məxsusdur.

Əgər növbəti iki həftə ərzində parlament üzvləri iki cəhddə yeni baş naziri seçə bilməsə, qanuna görə, bu, Ermənistan Milli Məclisinin buraxılmasına və erkən seçkilərin keçirilməsinə gətirib çıxaracaq.

XS
SM
MD
LG