Accessibility links

Paşinyan yenə camaatı küçələrə çıxarıb [Video]


Nikol Paşinyan Yerevanda yürüş keçirir. 24 noyabr, 2018
Nikol Paşinyan Yerevanda yürüş keçirir. 24 noyabr, 2018

Ermənistanın baş naziri əvəzi Nikol Paşinyan yenə bütün tərəfdarlarını şənbə günü sübh tezdən Yerevanda yürüşə çıxarıb. Yürüş Yerevanın Nor Nork rayonundan başlayıb.

“Şəhərin bütün küçələrindən keçməyə çalışacağıq. Ümid edirəm ki, biz bir daha məğrur Ermənistan vətəndaşının qələbəsini elan edəcəyik”, Pashinyan tədbirə iki gün qalmış özünün Facebook səhifəsində yazıb. O bildirib ki, yürüş həm də görüşmək, ünsiyyət üçün yaxşı bir vasitədir.

Paşinyan yürüş başlamazdan əvvəl bildirib ki, “Mənim addımım” platforması vətəndaşlara vəd etdiyi bütün öhtəliklərini yerinə yetirib. “Ermənistanda hakimiyyət bu gün xalqa qaytarılıb”, deyə Paşinyan bildirib.

Qeyd edək ki, noyabrın 26-da Ermənistanda seçki kampaniyası başlanır. Dekabrın 9-da isə ölkədə növbədənkənar parlament seçkisi keçiriləcək.

“Mənim addımım” blokuna Paşinyan başçılıq edir. Təhlilçilər hesab edir ki, blok qəti qələbə qazanacaq. Paşinyan hakimiyyətə bu ilin aprel-may aylarında keçirilən kütləvi küçə etirazları ilə gəlib.

Yeni seçkidə həmin vaxt hakimiyyətdən uzaqlaşıdırılmış “Respublika” partiyası da iştirak edəcək. Bu partiyaya keçmiş ölkə rəhbəri Serj Sarqsyan rəhbərlik edir. PartiyaPaşinyanı administrativ vasitələrdən sui-istifadə etməkdə günahlandırır.

Pashinyan ittihamı rədd edir.

- AzadlıqRadiosu

XS
SM
MD
LG