"Azadlıq" radiosunun erməni xidməti “Azatutyun”-un ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən verdiyi məlumata görə, Ermənistanın paytaxt parlamentinə - ağsaqqallar şurasına keçirilən erkən seçkilərdə hazırki baş nazirin siyasi bloku “Mənim Addımım” qalib gəlib. Son nəticələrdən sonra 65 ağsaqqal Yerevanın yeni icra başçısını seçəcək.
Seçki kampaniyasında Marutyan şəhərin aktual problemlərini həll etməyə söz verib.
Bu şəxs Hayk Marutyan – məşhur akyor, rejissor, prodüsser və öncəki hakimiyyətin qatı əleyhidarı - ola bilər. O, keçmiş hakimiyyətə qarşı kütləvi vətəndaş hərəkatlarında iştirak edib.
Hayk Marutyan inqilab qəhrəmanlarından biri sayılır. O, həmişə Nikol Paşinyanın yanına olub, meydanda çıxış edib və insanları küçələrə çıxmağa çağırıb.
İnqilabdan dərhal sonra Marutyanın mədəniyyət naziri ola biləcəyi barədə şaiyələr dolaşırdı. Aktyor bu məlumatı təkzib edib və bir ay sonra Nikol Pashinyanın partiyasına qoşularaq Yereva şəhərinin icra başçılığına əsas namizəd olub.
Seçki kampaniyası zamanı Marutyan şəhərin aktual problemlərini həll etməyə söz verib. Marutyanın keçirdiyi seçkiqabağı mitinqləri ən izdihamlı olub. Baş nazir Nikol Paşinyan çox vaxt bu mitinqlərdə çıxış edib.
Yerevanın əvvəlki icra başçısı Taron Marqaryan son dövrə qədər hakim partiya olan Respublikaçılar Partiyasını təmsil edirdi. Sabiq president Serj Sarkisyan da Respublikaçılar Partiyasının üzvü idi.
Yerevanın keçmiş meri üzərində milyonlarla dolların mənimsənilməsi ilə bağlı təhqiqat gedir.
Aprel ayında Ermənistanda keçirilmiş kütləvi etirazlar Sarkisyanı istefa etməyə məcbur etdi. Yayda etirazlar dalğasından sonra isə Marqaryan da istefa verdi. Hal-hazırda o “Yerevan” meriya fondundan 4 milyon dolların yoxa çıxması ilə bağlı məhkəmə işində şahid qismində ifadə verir.
Marqaryan aprel etirazlarını dəstəkləməyib və dəfələrlə küçə nümayişlərinin iştrakçılarına şəhər əhalisinin normal həyatına mane olduğunu bildirib.
Azadlıq" radiosunun Ermənistan xidməti “Azatutyun”-un verdiyi məlumata görə, seçki zamanı polisə 84 qayda pozulması ilə bağlı müraciətlər daxil olub:
Onlardan
- 8-i rüşvət verilməsi və alınması,
- 2-i seçki komissiyasının üzvlərinin işinə maneə törətmək,
- 1-i jurnalistlərin fəaliyyətinə maneə törətmək,
- 3-ü seçki məxfiliyinin pozulması,
- 9-u təkrar səs vermək və ya başqasının yerinə səs verməyə cəhd,
- 19-u seçki siyahılarında qeyri-dəqiqlik,
- 23-ü başqa qayda pozuntuları.
İlkin məlumatlara görə, səs vermək hüququna malik olan Yerevan sakinlərinin 43.65 faizi səsvermədə iştirak ediblər.