Accessibility links

AŞPA Rusiya Federasiyasını "terrorçu rejim" adlandıran qətnamə qəbul edib


Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasını terrorçu rejim adlandıran qətnamə qəbul edib. Bu barədə Ukrayna parlamentinin "Xalqın qulluqçusu" partiyasından deputat Marina Bardina və "Avropa həqiqəti" məlumat verib.

"Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün genişlənməsi" adlı qətnaməyə iclasda iştirak edən 90 deputat səs verib, 1 nəfər bitərəf qalıb.

Qətnamədə "bu təcavüz [Rusiyanın Ukraynaya qarşı təcavüzü] özlüyündə cinayət, beynəlxalq hüququn pozulması və beynəlxalq sülh və təhlükəsizliyə əsas təhdid kimi birmənalı şəkildə pislənməlidir" deyilib.

AŞPA, həmçinin Ukraynaya silah yardımını davam etdirməyə çağırıb.

Qətnamənin əsas məqamları bunlardır:

Rusiya Federasiyasının təcavüzünün pislənməsi və beynəlxalq qanuna görə cinayət kimi tanınması,

Ukraynanın suverenliyinin təsdiqi,

Ukraynaya qarşı hərbi cinayətlər törədənləri təqib etmək üçün xüsusi beynəlxalq tribunalın yaradılmasının sürətləndirilməsi,

Hərtərəfli beynəlxalq kompensasiya mexanizminin, o cümlədən itkilərin beynəlxalq reyestrinin yaradılması,

Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təmin etmək,

Rusiyanın məsuliyyəti məsələsinin Avropa Şurasının dövlət başçılarının qarşıdan gələn 4-cü sammitinin gündəliyinə salınması,

Beynəlxalq təşkilatların rus agentlərindən təmizlənməsi,

Rusiyanın BMT-də iştirakının məqsədəuyğunluğu məsələsi.

AŞPA Rusiyanı terrorçu dövlət kimi tanıyan ilk beynəlxalq təşkilat oldu.

Avropa Şurasının Nazirlər Komitəsi mart ayının 16-da Rusiyanı Avropa Şurasından çıxarmaq barədə qərar qəbul edib.

Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın Avropa Şurasından rəsmən çıxdığını, lakin Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarında Rusiya Konstitusiyasına ziddiyyətlər olmadığı təqdirdə onlara əməl etməyə davam edəcəyini bildirib.

Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun sözlərinə görə, Rusiya Avropa Şurasından çıxmaq barədə qərarını "öz istəyi ilə qəbul edib və bu, balanslaşdırılmış və düşünülmüş qərardır".

AŞPA Rusiyanın Avropa Şurasından "dərhal" çıxmasına yekdilliklə səs verib.

Assambleyanın bəyanatının mətnində qeyd edildiyi kimi Rusiya Federasiyası "Avropa Şurasının Nizamnaməsinə əsasən üzv dövlət statusu ilə bağlı kobud pozuntulara yol verir və Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir".

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00
XS
SM
MD
LG