Accessibility links

Fərid Arifoğlu: AŞPA-nın məruzələrində Azərbaycan autsayder qrupuna daxil idi


Fərid Arifoğlu
Fərid Arifoğlu

Turan Agentliyinin müxbiri bildirib ki, bu ilin oktyabrında siyasi məhbuslarla bağlı məruzə müzakirəyə çıxarılacaq. Məruzəçi Azərbaycanda 89 nəfər siyasi məhbusun adını açıqlayıb.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası dövründə qurumun Hüquq və İnsan Hüquqları Komitəsi Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi Kristofer Ştrasserin hazırladığı hesabatı bəyənib.

Turan Agentliyinin müxbiri Fərid Arifoğli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:03 0:00
Direct link

Turan Agentliyinin Strasburqda sessiyanın işini izləyən müxbiri Fərid Arifoğlu Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, bu ilin oktyabrında məruzə AŞPA-nın sessiyasının plenar iclasının müzakirəsinə çıxarılacaq. “Məruzəçi Azərbaycanda 89 nəfər siyasi məhbusun adını açıqlayıb. Amma, o deyib ki, bu mütləq deyil. Yaxşı olardı ki, məhkəmələr siyahıdakı bütün insanların işlərinə yenidən ədalətli baxsın”.
Bununla yanaşı, cənab Ştrasserin beynəlxalq kriteriyalardan çıxış edərək müəyyən etdiyi 50 məhbus həbsdə qalmaqdadır. “Yaxşı olardı ki, Azərbaycan hökuməti məruzəçi ilə dialoq yaratsın və problemlər həllini tapsın”, - deyə o qeyd edib.
Cənab Arifoqlu AŞPA-da Avropada insan hüquq və azadlıqları ilə bağlı daha iki məruzədə Azərbaycanın adının autsayderlər qrupunda olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG