Accessibility links

Pakistanın Əfqanıstanla sərhədində silahlı insident baş verib


Pakistan əsgərləri Əfqanıstanla sərhəd bölgəsində

Pakistan rəsmiləri bildirir ki, Əfqanıstanla sərhəddə çərşənbə axşamı aparılan “terroristlərə" qarşı reyd zamanı 3 əsgər həlak olub, 7 nəfər isə yaralanıb.

Hərbi qüvvələrin kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Əfqanıstan tərəfdən “təxminən 70 terrorist” hücum edən zaman Pakistanın təhlükəsizlik qüvvələrinin əsgərləri Şimali Vəziristan bölgəsində sərhəd çəpərləri qururdu.

Militantlarr daha əvvəl də tikinti briqadalarına hücum etmişdilər. Hərbi rəhbərlik bildirir ki, bütün bu maneələrə baxmayaraq onlar çəpərlənməni sona çatdıracaqlar.

Pakistan iki il əvvəl Əfqanıstan ilə 2600 kilometrlik sərhədin təhlükəsizliyini təmin etmək üçün birtərəfli tikinti işlərinə başlayıb. Rəsmilər tikinti işlərinin bu ilin sonuna qədər başa çatacağını bildirir. Onlar ümid edir ki, bunun sayəsində hər iki tərəfi narahat edən terroristlərin bölgəyə sızması probleminə son qoyulacaq.

Aprelin 30-da baş verən hadisə ilə bağlı Əfqanıstan rəsmiləri hələlik heç bir münasibət bildirməyib.

XS
SM
MD
LG