Accessibility links

Anti-korrupsiya məhkəməsi sabiq baş nazir Navaz Şərifi 10 illik həbs cəzasına məhkum etmiş və $10.5 milyon dollar məbləğdə cərimələmişdir. Məhkəmə hökmü Şərif özü və ailə üzvlərinin xaricdəki mülkləri hansı pulla aldıqlarını izah edə bilmədikdən sonra çıxarıb.

Məhkəmə Navaz Şərifin qızı Məryəmə 7 il həbs cəzası verib. O, ailə mülklərinə sahib olduğuna görə $2.5 milyon dollar cərimələnib.

Məhkəmə Navaz Şərifin qızı Məryəmə 7 il həbs cəzası kəsib. O, ailə mülklərinə sahib olduğuna görə $2.5 milyon dollar cərimələnib.

İttihamçı prokuror Sərdar Müzəffər Abbasi müxbirlərə deyib ki, məhkəmə bütün mülklərin hökumət tərəfindən müsadirə olunmasına göstəriş verib.

Haqqında söhbət gedən mülklər Londonun elitar məhəlləsində yerləşir.

Şərif və qızları hazırda Londondadırlar. Sabiq baş nazirin xanımı Gülsüm xərçəngdən müalicə alır.

Hakim Pakistan Müsəlman Liqasına rəhbərlik edən Şərifin kiçik qardaşı Şahbaz hökmü pisləyərək onu ölkənin siyasi tarixində “qara fəsil” adlandırıb.

Şərif ailəsi Londonda bahalı evlərə sahibdir
Şərif ailəsi Londonda bahalı evlərə sahibdir

Navaz Şərif 2017-ci ildə Ali Məhkəmə ona vəzifə tutmağı qadağan etdikdən sonra baş nazir vəzifəsindən kənarlaşdırılmışdı.

Məhkəmə Şərifə oğlunun Dubayda qərargahlanan şirkətindən aldığı maaşı gizlətdiyinə görə ömürlük Pakistanda vəzifə tutmağı qadağan edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG