Accessibility links

Pakistanın sabiq baş nazirinin xanımı Londonda vəfat edib


Pakistanın həbs olunmuş sabiq baş naziri Nəvaz Şərifin həyat yoldaşı Gülsüm Nəvaz çərşənbə axşamı London xəstəxanasında xərçəng xəstəliyi səbəbi ilə dünyasını dəyişib. Onun 68 yaşı var idi. Gülsüm Nəvaza bir il öncə Pakistan Ali Məhkəməsinin onun həyat yoldaşının korrupsiyaya qarşı mübarizə məhkəməsində mühakimə olunması haqda qərar verilməsinin ardınca onu vəzifəsindən uzaqlaşdırdıqdan bir ay keçdikdən sonra limfoma xəstəliyi diaqnozu qoyulmuşdur.

​İyul ayında Şərif qızı Məryəm Nəvazla birlikdə korrupsiya ittihamı ilə 10 il həbs cəzasına məhkum olunduğu zaman Londonda xəstə həyat yoldaşının yanında olub.

Hökmlərindən bir neçə gün sonra ata və qız Gülsüm Nəvazı Londonda qoyub Pakistana geri dönüblər. Şərif və Məryəm Nəvaz qayıtdıqları zaman nəzarət altına alınaraq həbs olunublar.

Gülsüm Nəvaz
Gülsüm Nəvaz

Gülsum Nəvaz keçən il milli parlamentə seçilmişdi. Lakin ölkənin üç dəfə birinci xanım olmuş Gülsüm Nəvaz təcili olaraq xərçəng xəstəliyindən müalicə olunmaq üçün Pakistanı tərk etdiyi üçün and içməmişdir. O, xarici aktivlərini gizlətdiyinə görə vəzifədən kənarlaşdırılan Şərifi dəstəklədikdən sonra seçilmişdi. Rəsmilər Şərifin oğullarından birinin sahibi olan xarici şirkətdən aldığı əmək haqqını açıqlamadığını bildirib.

Gülsüm Nəvaz Şəriflə 1971-ci ildə ailə həyatı qurub. Nəvaz Şərif 1990-cı illərdə ilk dəfə baş nazir seçilmişdi. O, partiyası 2013-cü il seçkilərində qalib gəldikdən sonra üçüncü dəfə hakimiyyətə qayıdaraq tarix yazdı.

Baş nazir İmran Xan bəyanat verərək baş sağlığı bildirib. Onun ofisi İmran Xanın Pakistanın Londondakı Ali Komissiyasına ailəyə mümkün hər cür kömək göstərilməsi haqda göstəriş verib.

XS
SM
MD
LG