Accessibility links

Pakistan Çin istehsalı COVID-19 peyvəndinin 3-cü sınaq mərhələsinə başlayır


Pakistan çərşənbə axşamı Çin istehsalı koronavirus peyvəndinin üçüncü sınaq mərhələsinə başlayır. Bu, Cənubi Asiya ölkəsində həyata keçirilən ilk kliniki sınaqdır.

Pakistanın Milli Səhiyyə İnstitutunun rəsmiləri Çinin biotexnologiya şirkəti CanSinoBio və Pekin Biotexnologiya İnstitutu ilə ortaq şəkildə hazırlanan COVID-19 vaksininin sınağı ilə bağl müqavilə çərçivəsində İslamabada tədarük edildiyini bildirib.

Milli Səhiyyə İnstitutunun rəhbəri general-mayor, doktor Aamer İkram milli televiziya il yayımlanan mətbuat konfransında Pakistanın bir çox böyük xəstəxanalarında həyata keçiriləcək 3-cü mərhələ tədqiqatı üçün peyvəndin minlərlə könüllüyə vurulacağını bildirib.

"Biz səkkiz ilə on min namizədə veriləcək dörd-altı həftəlik sınaqlardan sonra ilikn nəticələr əldə etməyi göləyirik" - deyə, İkram qeyd edib.

O, Çin istehsalı COVID-19 vaksinin “təhlükəsizlik və effektivliyini” vurğulayaraq, onun Çində ordu və polis üçün təsdiq olunaraq tətbiq edildiyini bildirib.

İkram həmçinin Pakistanın "bütün dünya COVID-19-la mübarizə aparmaq üçün bir dərman axtararkən" peyvəndin "ən böyük və nisbətən çətin" üçüncü mərhələ tədqiqatına qatılan az sayda ölkə arasında olmasının ölkə üçün "şərəf" olduğunu söyləyib.

O həmçinin peyvəndin "effektivliyi sübut edildikdən və nəticələr yaxın 4-5 ayda təhlil edildikdən sonra bazara çıxarılacağını" deyib.

Hazırda COVID-19 vaksini Çin, Rusiya, Çili və Argentina da daxil olmaqla dünyadakı bir neçə ölkədə insanlar üzərində üçüncü faza və ya genişmiqyaslı sınaqdan keçirilməkdədir.

Təxminən 212 milyon əhalisi olan Pakistanda COVID-19-a 306 000-dən çox yoluxma və 6400-dən çox ölüm halı sənədləşdirilib.

Bununla belə, ölkədə gündəlik infeksiyaların 6000-dən çox olmasından sonra iyun ayının ortalarından bəri Pakistanda xəstələrin sayı kəskin və davamlı olaraq azalıb.

Rəsmilər çərşənbə axşamı son 24 saat ərzində ölkə daxilində 600-dən az yeni xəstənin və yalnız dörd ölüm halının qeydə alındığını bildirib.

Çinin sadiq müttəfiqi olan Pakistan koronavirus epidemiyasının başlamasından bəri Çindən böyük tibbi və maliyyə yardımı alıb. Hər iki ölkənin rəsmiləri pandemiya ilə mübarizə sahəsindəki əməkdaşlığın iki qonşu arasında ənənəvi, sıx münasibətləri möhkəmləndirdiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG