Accessibility links

Pakistan və İran diplomatik əlaqələrin bərpası barədə razılığa gəlib


Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani
Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani

Pakistan və İranın bazar ertəsi bildirdiklərinə görə, hər iki ölkənin səfirləri bu həftənin sonuna qədər öz vəzifələrinə qayıdacaq.

Gərginliyin azaldılması İranın Pakistan daxilində terror olduğu iddia edilən hədəflərə zərbələr endirməsindən və İslamabadın buna cavab olaraq, sərhəddəki terror sığınacaqlarına zərbələr endirməsindən təxminən bir həftə sonraya təsadüf edir. Zərbələr nəticəsində 9-u İranda, 2-si Pakistanda olmaqla, azı 11 mülki şəxs həyatını itirib.

Görünməmiş gərginlik fonunda İslamabad ötən çərşənbə günü Tehrandan öz səfirini geri çağırıb və vətənində səfərdə olan İran nümayəndəsinin geri qayıtmamasını istəyib. İslamabad həmçinin iki ölkə arasındakı bütün yüksək səviyyəli səfərləri dayandırıb.

Bazar ertəsi hər iki ölkənin Xarici İşlər Nazirliklərinin birgə yaydığı press-relizdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın pakistanlı həmkarı Cəlil Abbas Cilanın dəvəti ilə yanvarın 29-da Pakistana səfər edəcəyi bildirilib.

Cümə günü telefon danışığı zamanı hər iki ölkənin yüksək səviyyəli diplomatları gərginliyi azaltmaq və tam diplomatik əlaqələri bərpa etmək barədə razılığa gəliblər.

Forum

XS
SM
MD
LG