Accessibility links

Pakistan Əfqanıstandan İslam Dövləti liderinin təhvil verməsini tələb edir


Pakistan cümə axşamı qonşu Əfqanıstandan ələ keçirdiyi regional İslam Dövləti başçısının Pakistana təhvil verilməsini tələb edib. Pakistan həmin şəxsin onun ölkəsindəki hədəflərə qarşı terror hücumları hazırladığını deyib.

Xarici İşlər Nazirliyi Əfqanıstanın İslamabaddakı səfirini çağıraraq, 2020-ci il aprel ayının 5-də İslam Dövləri lideri Aslam Fəruqinin həbsi ilə bağlı Pakistanın fikirlərini Əfqanıstan hökümətinə çatdırmasını istəyib.

"Əfqanıstandakı fəaliyyətləri Pakistana qarşı olduğu və sonrakı təhqiqatların aparılması üçün Aslam Fəruqi Pakistana təhvil verilməlidir" - deyə, bəyanatda bildirilib.

Daha sonra bəyanatda terror təhlükəsinə qarşı mübarizədə İslamabad və Kabilin koordinasiyalı şəkildə işləməli olduğu vurğulanıb.

Əfqanıstan rəsmiləri bəyanatla bağlı fikir bildirməyib.

Əfqanıstanın Kəşfiyyat Agentliyi ötən şənbə günü Fəruqinin 19 terrorçu ilə bərabər həbs edildiyini bəyan edib. Lakin onun ələ keçirilməsi əməliyyatının nə vaxt və harada baş tutduğu barədə məlumat verilməyib.


Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG