Accessibility links

Pakistan-Əfqanıstan sərhədində qarşıdurma


Pakistan
Pakistan
Pakistanın hərbi rəsmilərinin məlumatına görə, ölkənin şimal-qərbində qəbilələrin yaşadığı ucqar ərazidəki sərhəd yoxlama məntəqəsində silahlı qarşıdurma zamanı 14 yaraqlı və 1 əsgər həlak olub.

Yaraqlılar Əfqanıstan sərhədini bu gün səhər saatlarında keçib.

Bajur ucqar regionunda baş verən hücum saatlarla davam edən silahlı qarşıdurma ilə nəticələnib. Ordu kömək üçün hadisə yerinə vertolyotlar göndərib.

Sözçü deyib ki, hadisə zamanı 2 əsgər yaralanıb və ölənlərin sayının artma ehtimalı böyükdür.

Pakistan və Əfqanıstan sərhədi uzun zamandır zorakılıqlara səhnə olur və hər iki ölkədən olan yaraqlılar qarşı tərəfə keçərək qonşuluqdan təhlükəsiz sığınacaq kimi istifadə edir.
XS
SM
MD
LG