Accessibility links

Pakistanın təhlükəsizlik rəsmilərinə hücumlar planlaşdıran Əl-Qaidə militantları həbs edilib


Pakistanın şərqində yerləşən Pəncab ştatının rəsmiləri cümə günü təhlükəsizlik işçilərinə hücum planlaşdıran Əl-Qaidə üzvü olmaqla şübhəli bilinən beş silahlının həbs edildiyini bildirib.

Pəncabın Terrorizmlə Mübarizə İdarəsinin bildirdiyinə görə, Qucranvala şəhərində keçirilən reydlər zamanı cihadçıların mühüm media və maliyyələşdirmə şəbəkəsi ələ keçirilib. Reydlər zamanı şifrəli məlumatları olan notbuklar, mobil telefonlar, çap aləti, partlayıcı qurğular, 5 ədəd Kalaşnikov avtomatı, güllə və nağd pul aşkar edilib.

İllərdir Əfqanıstan sərhədindəki ucqar şimal-qərb bölgələrində hücumlarını davam etdirən militantlardan bəziləri Pakistanın ən varlı və ən çox əhalisi olan Pəncab əyalətində də şəbəkə qurub.

"Onlar Qucranvalada hüquq-mühafizə orqanlarının rəsmilərinə hücumlar planlaşdırırdı" deyə, polisin bəyanatında bildirilib.

Qucranvaladakı qrup oraya bir müddət əvvəl Kəraçi şəhərindən köçüb, Əl-Qaidənin Hindistan yarımadası üçün media əməliyyatlarını həyata keçirir və Əfqanıstandakı mərkəzi rəhbərliyə vəsait göndərirdi` deyə, əlavə edilib.

Pakistan hökuməti ordunun əməliyyatları səbəbilə ölkədə militantların sayının azaldığını bildirib.

Əl-Qaidə qurupunun təsisçisi Üsəma Bin Laden 2011-ci ildə Birləşmiş Ştatların Pakistanda keçirdiyi əməliyyat zamanı öldürülüb.

XS
SM
MD
LG