Accessibility links

Hər il Pakistanda minlərlə uşaq oğurlanır [Video]


Pakistanda hər il minlərlə uşaq oğurlanır
please wait

No media source currently available

0:00 0:03:51 0:00
Hər il Pakistanda minlərlə uşaq itir. Onlardan bəziləri ya valideynlərindən pul qoparmaq, ya insan alveri, ya da cinayətkar qruplar üçün dilənçilik etmək məqsədilə oğurlanır. Bəziləri isə tələf olur.

Güləman Mainin oğlu itib. “Mən oğlum Şövkətin geri dönməsi üçün dua edirəm. Mən onu geri istəyirəm, Allahım onun adı Şövkətdir, o balacadır, günahsızdır.” - deyə, o dua edir.

Şövkət keçən il Kəraçidə itən 2,700 uşaqdan biridir. Məhəmməd Əli Pakistanın ən böyük şəhərlərindən olan Kəraçidə itkin düşmüş uşaqların axtarışı ilə məşğul olan “Roşni” xidmətinə başçılıq edir. “Uşaq oğurluğunun birinci səbəbi valideynlərindən pul alma, ikincisi isə cinsi zorakılıqdır. Üçüncü səbəb Kəraçidəki çinayətkar qruplar üçün dilənçilik etmək, dördüncü səbəb isə insan alveridir."



Polis uşaqların fahişəlik və narkotik qaçaqmalçılıqda, eləcə də dəvə oğurluğunda istifadə edilməsi üçün Yaxın Şərqə qaçırılıdığını deyir. Kəraçi Polis İdarəsindən Seyid Məzhar Əli Şah uşaq qaçaqmalçılığının böyük gəlir gətirən ticarət olduğunu deyir.
“Onlar çox güclü mütəşəkkil cinatət qruplarıdır ki, Pakistanda olduğu kimi, xaricdə də yüksək səviyyəli bürokratlar, siyasətçilər və biznesmenlərlə əlbirdirlər.”

Arman Xanın 5 yaşlı qızı Mədihə bir il bundan əvvəl itib və o, o vaxtdan bəri onu axtarır. O, qızını yaxın zamanda tapacağını düşünür. “Keçən həftə bir neçə cinayətkar həbs edildi və onlar mənim qızımı hansısa əfqana satdıqlarını dedilər. Həmin əfqan da həbs edilib. Lakin o, mənim uşağımın sağ olub-olmadığı barədə bir söz demədi”.

Uşaq itərkən ilk 24 saat olduqca vacibdir. Lakin valideynlərin çoxu polisə məlumat verməkdə tərəddüd göstərirlər.

Seyid Məzar Əli Şah bunun böyük problem olduğunu və insanların övladlarının təhlükəsizliyi ucbatından polisə müraciət etməkdən qorxduqlarını deyir.

İnsan haqları fəalları problemin qanunda olduğunu, uşaq itkisi barədə müraciət edilərkən polisin təhqiqat aparmamağa ixtiyarı olduğunu deyir. Fəallar polisin yalnız uşağa qarşı gücdən istifadə edildiyi barədə müraciət edilərkən hansısa addım ata biləcəyini deyirlər.

İnsan Haqları Təşkilatının baş direktoru Məhəmməd Həsən Mangi ölkənin bu sahədə daha çox iş görməli olduğunu deyir. “Bu sahədə xidmətlər başlamışdı, həm də vətəndaş təşkilatları ilə birlikdə. Lakin uşaqların rifahını qorumaq üçün hərtərəfli yanaşmaya ehtiyac var.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG