Accessibility links

Pakistanın baş naziri ABŞ və Çini aralarındakı gərginliyi azaltmağa çağırıb


Imran Khan

Pakistanın baş naziri İmran Xan cümə axşamı ölkəsinin “soyuq müharibə”yə bənzər adlandırılan “bloklar”a daxil olmaq əvəzinə, ABŞ və Çin arasında gərginliyin azaldılmasına yardım etmək istədiyini deyib.

Xan İslamabadda Regional Təhlükəsizlik seminarındakı çıxışında iki dünya gücü arasında rəqabətin “başqa bir soyuq müharibəyə doğru irəlilədiyini və yeni blokların formalaşdığı” barədə xəbərdarlıq edib.

İmran Xanın sözlərinə görə, İslamabad keçmiş Sovet İttifaqına qarşı ABŞ-ın rəhbərlik etdiyi Qərb Alyansına qoşulduğu kimi, bir daha Soyuq Müharibə “tələsinə düşmək” istəmir.

"Pakistan bu blokların yaranmasına mane olmaq üçün əlindən gələni etməlidir. Biz heç bir blokun bir hissəsi olmamalıyıq" - deyə, o, təkid edib.

Pakistan 1980-ci illərdə Əfqanıstanın Sovet işğalına qarşı ABŞ-ın maliyyələşdirdiyi Əfqanıstanın İslami Cihad adlı silahlı müqaviməti üçün baza rolunu oynayırdı.

Xan bu açıqlamalarını hökumətinin ABŞ prezidenti Co Baydenin cümə axşamı başlayan iki günlük virtual Demokratiya Sammitində iştirak etməyəcəyini bildirməsindən bir gün sonra edib. Vaşinqton bu sammitə Çini deyil, Tayvanı dəvət edib.

Çərşənbə günü Pakistanın Xarici İşlər Nazirliyi rəsmi məlumatında sammitdə iştirak etmədiyi üçün heç bir səbəb göstərməyib. Lakin adının açıqlanmasını istəməyən yüksək səviyyəli hökumət rəsmisi Tayvanın sammitdə iştirakının İslamabadın uzun müddətdir dəstəklədiyi "Çin Siyasətinə" qətiyyətlə uyğun gəlmədiyini bildirib.

Pakistanın Çinlə ənənəvi siyasi, hərbi və iqtisadi əlaqələri son illərdə daha da möhkəmlənib. Pekin bu Cənubi Asiya ölkəsində enerji və infrastrukturun inkişafı layihələrinə milyardlarla dollar sərmayə qoyub.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG