Accessibility links

Pakistanın baş naziri vəsifəsini Abbasinin tutacağı gözlənilir


Pakistan partlamenti Çahid Xan Abbasini ölkənin yeni baş naziri seçib. O bu vəzifədə korrpusiyaya dair təhqiqatla bağlı istefa vermis Nəvaz Şərifi əvəz edəcək.

Keçmiş neft naziri olan Abbasi Şərifin uzun müddətdir müttəfiqlərindən biridir. Onun 342 yerlik milli assambleyada seçilmək üçün asanlıqla qələbə qazanacağı gözlənilir. Assambleyanın əksəriyyəti Şərifin Müsəlman Liqası partiyasının üzvlərindən ibarətdir.

Korrupsiya ilə bağlı təhqiqatla əlaqədar istefa vermiş baş nazir Nəvaz Şərif
Korrupsiya ilə bağlı təhqiqatla əlaqədar istefa vermiş baş nazir Nəvaz Şərif

Abbasi Şərifin hazırda Puncab vilayətinin qubernatoru olan kiçik qardaşı Şabazzın partlamentdə yer qazanmaq üçün seçkidə qələbə çalmasına qədər müvəqqəti olaraq baş nazir vəzifəsini yerinə yetirəcək. Müxalifət liderləri bu siyasi manevri qeyri-demokratik kimi dəyərləndirərək tənqid edir.

Nəvaz Şərif Pakistanın Ali Məhkəməsi onun oğluna məxsus Dubaydakı şirkətdən hər ay maaş aldığını açıqlamadığını aşkar etdikdən sonra istefa verib. Məhkəmənin qərarı Nəvaz Şərifin ailəsində korrupsiya ilə bağlı təhqiqatın bir hissəsi olaraq çıxarılıb.

XS
SM
MD
LG