Accessibility links

Pakistan Əfqanıstan sərhədi boyu hasar çəkməyə davam edəcəyinə söz verib


Pakistan bazar ertəsi bildirib ki, iki ölkəni ayıran sərhəddə təhlükəsizlik hasarının quraşdırılması ilə bağlı “bəzi çaşqınlıqları” aradan qaldırmaq üçün Əfqanıstanın Taliban hökuməti ilə diplomatik kanallar vasitəsilə əlaqə saxlayıb.

Xarici işlər naziri Şah Mahmud Qureşi İslamabadda keçirdiyi mətbuat konfransı zamanı ölkəsinin “maraqlarını” qorumaq üçün Pakistanın Əfqanıstanla təxminən 2600 kilometrlik sərhədində birtərəfli qaydada hasar inşasını davam etdirməkdə qərarlı olduğunu bildirib.

Pakistanın baş diplomatı bunu Talibanın sərhəd qüvvələrinin Pakistanın sədd inşasına mane olmaq məqsədi ilə son cəhdlərinə cavab olaraq deyib. İnsident Əfqanıstan tərəfi keçən həftənin sonu hasarın bir hissəsini sökərkən baş verib.

“Biz susmuruq. Biz hasar çəkmişik və İnşallah, buna davam edəcəyik. Əfqanıstan bizim mehriban qonşumuzdur. Bəzi anlaşılmazlıqlar yaranıb və biz bunu diplomatik kanallarla həll edə biləcəyik”- deyə, Qureşi vurğulayıb.

Taliban Müdafiə Nazirliyinin sözçüsü bazar günü sədd layihəsini tənqid edərək deyib ki, Pakistanın “Dürand xətti boyunca tikanlı məftillər çəkməyə və hər iki tərəfindəki qəbilələri ayırmağa haqqı yoxdur”.

Əfqanıstanın bir-birini əvəz edən hökumətlərı 1893-cü ildən, Britaniyanın müstəmləkəsi dövründən qalan demarkasiya ilə bağlı mübahisə edir. Sərhəd Hindistandakı Britaniya hökumətinin baş katibi Mortimer Dürand və Əfqanıstanın o vaxtkı hökmdarı Əbdür Rəhman Xan arasında razılaşma nəticəsində yaranıb.

Pakistan 1947-ci ildə Britaniyadan müstəqillik qazandıqdan sonra beynəlxalq sərhədin miras olduğunu deyir və Əfqanıstanın etirazlarını rədd edir. Sərhədin statusu ilə bağlı fikir ayrılıqları ikitərəfli əlaqələri gərginləşdirməkdə davam edir.

Pakistan militantların sərhədi qeyri-qanuni keçməsinin və qaçaqmalçılığın qarşısını almaq üçün 2017-ci ildə ordunun başçılığı ilə tikinti işlərinə başlayıb və işlərin 90%-dən çoxunun tamamlandığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG