Accessibility links

Əfqanıstan Talibanı Pakistanla olan əsas sərhəd-keçid məntəqəsini bağlayıb


Bazar ertəsi Əfqanıstan və Pakistan arasında əsas sərhəd keçid məntəqəsi olan Torxamda qısa sürən atışma barədə məlumat yayılıb. Ölənlər barədə məlumat verilməyib.

Pakistan rəsmilərinin Associated Press xəbər agentliyinə bildirdiyinə görə, Əfqanıstan Talibanı sərhədi bazar günü guya Pakistanın əfqan xəstələri və onlarla birlikdə səyahət edən yaxınlarının sənədləri olmaması səbəbindən ölkəyə buraxmadığı üçün bağlayıb.

Talibanın Torxam sərhəd-keçid məntəqəsinin rəsmisi Molla Məhəmməd Siddiq əfqanlara Torxam sərhədinə getməməyi tövsiyə edib. O, Tvitter hesabında Pakistanın üzərinə götürdüyü "öhdəliklərə" əməl etmədiyini bildirsə də, bunların nədən ibarət olduğunu açıqlamayıb.

Torxam Pakistan və Əfqanıstan arasında dənizə çıxışı olmayan əsas tranzit məntəqəsidir. Ölkələr təxminən 2600 kilometr sərhədi bölüşür.

2021-ci ilin avqustunda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələrin ölkəni tərk etməsindən və radikal hərəkatın hakimiyyətə qayıtmasından sonra münasibətlərin nisbətən yaxşılaşmasına baxmayaraq, sərhəd bölgəsində Pakistanla Taliban qüvvələri arasında vaxtaşırı toqquşmalar baş verir.

Noyabr ayında Pakistan hökuməti ilə "Təhrik-i Taliban Pakistan" (TTP) kimi tanınan qruplaşması arasında atəşkəsə son qoymasından sonra Pakistan Əfqanıstanla sərhəd-keçid məntəqələrində təhlükəsizlik tədbirləri və nəzarəti gücləndirib.

XS
SM
MD
LG