Accessibility links

Əfqanıstanın yeni prezidenti ABŞ-la təhlükəsizliyə dair ikitərəfli razılığı imzalayacaq


Obama administrasiyası gələn həftə Əfqanıstanın yeni prezidenti Əşrəf Qani ilə təhlükəsizliyə dair ikitərəfli razılığı imzalayacaq.

Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi deyib ki, razılıq prezidentin inaqurasiyasından bir neçə gün sonra, bazar ertəsi cənab Qani və ya onun təyin etdiyi şəxs tərəfindən imzalanacaq.

Cənab Qani və Əfqanıstanda milli birlik hökumətində baş icraçı vəzifəsini tutan Abdulla Abdulla hər ikisi paktı imzalayacaqlarına söz verib.

Bu razılıq Birləşmiş Ştatlara hərbi qüvvələrini NATO-nun başçılıq etdiyi təlimlər və məsləhətçi missiyasının bir hissəsi kimi Əfqanıstanda bir il fəaliyyət göstərməsinə imkan verəcək.

Hakimiyyətdən gedən Həmid Karzay ötən il ABŞ Dövlət katibi Con Kerri ilə bu razılığı müzakirə etmiş, lakin imzalamaqdan imtina etmişdi.

XS
SM
MD
LG