Pakistan ABŞ təyyarəsinin hücumu nəticəsində 38 adamın ölümündən sonra Amerika ilə Əfqanıstanla bağlı müzakirələri rədd edib. Pakistanın xarici işlər naziriSalman Bəşir Amerikanın o ölkədəki səfirinə etiraz notası verib və hücumu bəşəriyyət qaydalarının pozulması kimi qiymətləndirib. Nazir səfir Kameron Munterə deyib ki, ABŞ-Pakistan münasibətləri nəzərdən keçirilməlidir.Pakistanın mülki və hərbi liderləri də Şimali Vəziristan vilayətinin Datta Xel bölgəsində həyata keçirilən hücumu pisləyib.