Accessibility links

Pakistan dərinləşən humanitar böhranla çarpışır


Pakistan dərinləşən humanitar böhranla çarpışır
Pakistan dərinləşən humanitar böhranla çarpışır

Xarici ölkələr yardım məqsədi ilə yüz-milyonlarla dollar pul sərf ediblər

Pakistanı viran qoyan sel suları azaldıqca ölkə artmaqda olan humanitar böhran ilə mübarizə aparır. Dünya Səhiyyə Təşkilatı bildirib ki, ötən ay dörd milyona yaxın insan izhal, ağ ciyər və dəri xəstəliklərinə düçar olublar. BMT agentliyi Bəlucistan və Sindh vilayətlərində malyariya simptomu göstərənlərin sayının artdığını bildirib. Bu gün Sindhdə daşqın şəhərin yerdə qalan hissəsini yuyaraq Ərəbistan dənizinə aparıb. Ötən həftə Hindus cayı onun sahillərinə dolaraq milyona yaxın insanı regiondan qaçaq salmışdır. Bir ay sürən Monsun yağışları 1600 nəfərin həyatına son qoymuş, 20 milyona yaxın insana zərər vurmuş və Pakistanın beşdə bir hissəsini suya qərq etmişdir. Xarici ölkələr yardım məqsədi ilə yüz-milyonlarla dollar pul sərf ediblər. Bu gün Hindistan Pakistana yardımını 5 milyon dollardan 25 milyon dollara artıracağını vəd edib. BMT yardım agentliyi daşqın nəticəsində tədric olunmuş ərazilərə yardım etməyə çalışır.

XS
SM
MD
LG