Accessibility links

Pakistanın baş nazirinin həbsinə dair hökm çıxarılıb


Pakistanın paytaxtında hökumətə qarşı nümayişlərin keçirildiyi bir vaxt ölkənin Ali Məhkəməsi korrupsiya ittiamı ilə baş nazir Raja Pərviz Əşrəfin həbs edilməsinə dair hökm çıxarıb.

Pakistan televiziyasının rəsmilərə istinadən bu gün yayımladığı məlumatda deyilir ki, məhkəmənın baş nazir və digər 15 nəfərin həbsinə dair qərarı özəl elektrik stansiya ilə əlaqədardır. Cİnayət törədilən vaxt cənab Əşrəf su və elektrik naziri olub.

Cənab Əşrəf ölkədə enerji çatışmazlığının hökm sürdüyü bir vaxt özəl elektrik stansiyanın inşasına görə rüşvət almaqda ittiham edilir. Baş nazir isə bu ittihamları rədd edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG