Accessibility links

Pakistanda qar uçqunu nəticəsində 100-dən çox əsgər həlak olub


Pakistanda Himalay dağları ərazisində Hindistanla sərhəddə baş vermiş qar uçqunu zamanı Pakistan ordusunun 100-dən çox əsgəri həlak olub.

Pakistan silahlı qüvvələrinin bildiriydinə görə, qar uçqunu şənbə günü səhər saatlarında Kəşmir regionunda Siaçen buzlaqlarında baş verib.Ordunun sözçüsü general-mayor Athar Abbas Amerikanın səsi radiosuna bildirib ki, qar uçqunu nəticəsində təxminən 117 əsgər həyatını itirib.

Pakistan rəsmiləri dəniz səviyyəsindən 6 min metr yüksəklikdə yerləşən bazada təxminən 150 nəfərin olduğunu bildirir. Ərazidə havanın temperaturu bəzən mənfi 70 dərəcəyə düşür. Hadisə yerinə vertolyotlar, xilasedicilər və həkimlər göndərilib.

Pakistan və Hindistan silahlı qüvvələrinin hər iki ölkənin ərazi iddiaları olduğu Kəşmirdə böyük hərbi personalı mövcuddur. Siaçen buzlaqları dünyanın ən yüksək nöqtələrində ən genişmiqyaslı hərbi əməliyyatların aparıldığı ərazi kimi tanınır.

XS
SM
MD
LG