Accessibility links

Pakistanda İslam Dövləti tərəfdarlarının lideri öldürülüb


Pakistanda İslam Dövləti tərəfdarlarının lideri öldürülüb. O, 100-dən artıq şiə müsəlmanın qətlinə görə axtarışda idi.

Bəlucistan vilayətində keçirilən gecə reydləri zamanı daha iki intihar hücumçusu öldürülüb. Təhlükəsizlik qüvvələri bir terroristin yaralandığını bildirib.

Reyd zamanı partlayıcı qurğular və silahlar aşkar edilib.

Ordunun bəyanatında deyilir ki, güclü atışma nəticəsində hərbi kəşfiyyat zabiti həlak olub, 4 əsgər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Pakistan ordusu öldürülən ekstremist komandirin Salman Badeni olduğunu və onun qadağan edilmiş sünni Ləşkəre-Canqvi qrupuna rəhbərlik etdiyini bildirib.

Bu qrupun İŞİD-lə əlaqəsi olduğuna, Əfqanıstan və Pakistanda həyata keçirikən hücumların arxasında durduğuna inanılır.

Ordu rəsmiləri Badeninin öldürülməsini böyük nailiyyət kimi qiymətləndirib.

XS
SM
MD
LG