Accessibility links

Pakistanda iki hərbçi pusquya salınaraq öldürülüb


Pakistan rəsmilərinin bazar ertəsi bildirdiyinə görə, üsyançılar cənub-qərb bölgəsində hərbi konvoyu pusquya salaraq bir ordu mayoru da daxil olmaqla iki təhlükəsizlik əməkdaşını öldürüb.

Ölümcül gecə hücum narahatlıqların baş alıb getdiyi Bəlucistan vilayətitinin Balor şəhərində baş verib.

Ordunun media qanadı bildirib ki, bir qrup "terrorçu" təhlükısizlik qüvvələrini pusquya onlar bölgədə ant-iterror axtarış missiyası həyata keçirərkən salıb. Sonrakı ağır atışma nəticəsində iki ordu zabiti həlak olub, biri yaralanıb.

Bir neçə etnik Bəluc üsyançı qrupu və qeyri-qanuni "Tehrik-i-Taliban Pakistan"ın (TTP) müntəzəm olaraq təhlükəsizlik qüvvələrini hədəf aldığı Bəlucistanda bazar günü ölümlə nəticələnən pusquya görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.

Bazar günü hücumu vilayətin başqa bir hissəsində ağır silahlanmış militatların reaktiv qumbaraatan və avtomatlarla təhlükəsizlik postuna hücum edərək, üç polis məmuru və bir əsgəri öldürməsindən bir neçə saat sonra baş verib.

Vilayət rəsmiləri Şirani rayonundakı postu polis və yarı-hərbi qüvvələrin birgə idarə etdiyini bildirib.

"Mən də daxil olmaqla, bütün xalq, altı təhlükəsizlik əməkdaşının bazar günü Bəlucistandakı hücumlarda şəhid olmasından kədər hissi keçirir," Baş nazir Şehbaz Şərif bazar ertəsi verdiyi açıqlamasında deyib.

2023-cü ildə Pakistanda intiharçı hücumları da daxil olmaqla, militant hücumları kəskin şəkildə artıb. Bildirildiyinə görə, cari ilin ilk altı ayı ərzində zorakılıqlar nəticəsində 390-a yaxın adam ölüb, 650-dən çox insan yaralanıb.

XS
SM
MD
LG