Accessibility links

Pakistanın Balucistan vilayətində bomba hücumu olub


Pakistanın cənub-qərbindəki rəsmilərin bildirdiyinə görə, aprelin 21-də beş ulduzlu bir mehmanxananın avtomobillərin saxlandığı parkingində baş verən güclü bomba partlayışı azı dörd nəfərin ölümünə, təxminən on nəfərin yaralanmasına səbəb olub.

Pakistanda fəaliyyətinə qadağa qoyulan Taliban yaraqlı qrupu özünün sosial mediası vasitəsilə Bəlucistan vilayətinin paytaxtı Quettadaki Serena Otel-də gecə yarısı həyata keçirilən intiharçı hücumunun məsuliyyətini öz üzərinə götürüb.

Qrup hədəfin şəhərə toplantı üçün gələn mehmanxanadakıl yerli və çinli rəsmilərin olduğunu bildirib.

Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhməd hücumu terror aktı kimi qiymətləndirərək, qınayıb. Yerli televiziya kanalına şərhində nazir Çinin Pakistandakı səfiri və nümayəndə heyətinin həmin mehmanxanada qaldıqlarını, lakin partlayış zamanı onların şəhərin başqa bir yerində keçirilən tədbirdə olduqlarını deyib.

Şeyx Rəşid Əhməd bomba hücumunun təhlükəsizliyə böyük hədə olduğunu və günahkarların məsuliyyətə cəlb edilməsi üçün yüksək səviyyədə istintaq aparılacağını bildirib.

Polis rəsmisi Əzhar Əkrəm jurnalistlərə hücumu həyata keçirmək üçün bomba yerləşdirilmiş nəqliyyat vasitəsindən istifadə edildiyini və yaxınlıqdakı bir neçə avtomobilin yandığını deyib. Vilayət polis idarəsinin sözçüsünün dediyinə görə, hadisə yerindən toplanan dəlillər bombanın intiharçı tərəfindən partladıldığına işarə edir.

Televiziya görüntülərində şəhərin yüksək səviyyəli yerli və beynəlxalq nümayəndə heyətlərinin qaldığı yeganə lüks mehmanxanada yanan avtomobilləri görmək olub. Mehmanxana Quettanın güclü qorunan ərazisində yerləşir.

Xəstəxana rəsmiləri yaralananların bir neçəsinin vəziyyətinin çox ağır olduğunu bildirib və ölənlərin sayının artacağından narahatdır.

Şərhlərə bax

XS
SM
MD
LG