Accessibility links

Pakistanın Bəlucistan əyalətində bomba hücumu: Azı 18 ölü


Cümə günü səhər saatlarında Pakistanın cənub-qərbində bazarda partladılan bomba azı 18 nəfərin ölümünə, 48 nəfərin yaralanmasına səbəb olub.

Polis rəsmilərinin bildirdiyinə görə, bomba hücumu Bəlucistan əyalətinin paytaxtı Kvetta şəhərinin şiə müsəlmanların çoxluq təşkil etdiyi hissəsində həyata keçirilib və qurbanlar arasında azlıq təşkil edən icma üzvləri də olub.

Polis idarəsinin baş müfəttişinin müavini Əbdül Rəzzaq Çima hücumun səbəblərinin araşdırıldığını bildirib.

Əvvəllər də bu kimi hücumlara məruz qalan Hazargənci bazarındakı bomba hücumunun məsuliyyyətini öz üzərinə götürən olmayıb.

Pakistanın baş naziri İmran Xan bugünkü bomba hücumunu qınayıb.

Bəlucistanda "Bəluc" militantları ilə Pakistanın İslam Dövləti və Taliban terrorçu qruplarına sadiq ekstremistləri fəaliyyət göstərir. Təhlükəsizlik qüvvələri və şiələrin Həzara icması üzvləri də daxil olmaqla, mülki vətəndaşlara qarşı hücumların məsuliyyətini adətən onlar daşıyır.

XS
SM
MD
LG