Accessibility links

Pakistanın Ali Məhkəməsi baş nazir Navaz Şərifi vəzifədən kənarlaşdırdı


Pakistanın Ali Məhkəməsi baş nazir Navaz Şərif dövlət vəzifəsindən istefa verməli olduğu ilə bağlı qərar qəbul edib.

Məhkəmə Şərifi ofşor hesablara və mülklərə sahib olmasına baxmayaraq, bu məlumatı ictimaiyyətdən gizlətməkdə günahkar bilib.

Qanunvericiliyə əsasən Şərifin kabineti də istefaya göndərilməli və prezidentin xahişi ilə Milli Assambleya yeni baş nazir və hökümət seçməlidir.

Məhkəmə həm də digər rəsmilər, Şərifin uşaqları, o cümlədən Pakistanın maliyyə naziri olan kürəkəni İşaq Dara qarşı qərarı növbəti altı ərzində elan edəcəyini bildirib. Ali Məhkəmə hakimi cümə günü verilən qərarın icrasına nəzarət edəcək.

Şərifin ailəsinə qarşı ittihamlar maliyyə sənədlərinin mətbuata sızmasından sonra irəli sürülüb. Həmin sənədlərdə baş nazirin övladlarının ofşor bank hesabları və lüks mülkə sahib olduqları göstərilib.

Şərif daha öncə, 1990-cı illərdə iki dəfə baş nazir kimi xidmət göstərib. Hər iki halda o, kütləvi korrupsiya ilə ittiham olunmuşdu.

67 yaşlı siyasətçi 2013-cü ildə üçüncü dəfə baş nazir seçilmiş və illər sonra Səudiyyə Ərəbistanda siyasi mühacirətdən ölkəsinə geri qayıdıb

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG