Accessibility links

Pakistanın iqtidar partiyası istefaya göndərilmiş Şərifin yerinə qardaşını gətirmək istəyir


Sabiq baş nazir Navaz Şərifin qardaşı, Puncab vilayətinin baş naziri Şahbaz Şərif
Sabiq baş nazir Navaz Şərifin qardaşı, Puncab vilayətinin baş naziri Şahbaz Şərif

Pakistanın iqtidar partiyası şənbə günü mətbuata bildirib ki, Navaz Şərifin baş nazir vəzifəsindən kənarlaşdırılmasından sonra 2018 seçkilərində mübarizə apartmaq üçün partiya lideri vəzifəsinə Şərifin qardaşını təyin edilməsi planlaşdırılır. Amma daha öncə, onlar müvəqqəti baş nazir təyin etməlidirlər.

65 yaşlı Şahbaz Şərif, Pakistanın 190 milyonluq əhalisinin yarısının yaşadığı böyük Puncab vilayətinin baş naziridir. O, Pakistanın baş naziri təyiri vəzifəsinə təyin edilə bilməsi üçün ilk öncə Milli Assambleyanın üzvü seçilməlidir.

Navaz Şərifin cümə günü istefası nüvə silahına sahib olan ölkəni uzunmüddətli sabitlikdən sonra yenidən siyasi böhrana sürükləyib. Şərifin istefası Ali Məhkəmənin onun ofşor hesablara və mülklərə sahib olmasına baxmayaraq, bu məlumatı ictimaiyyətdən gizlətməkdə günahkar bilməsindən sonra baş verib.

Məhkəmə həm də, 67 yaşlı Navaz Şərifə və onun ailəsinə qarşı cinayət istintaqının açılması göstərişi verib.

XS
SM
MD
LG