Accessibility links

Pakistanda bomba hücumu


Pakistanın Əfqanıstanla sərhəd Paraçinar şəhərindəki bazarda bomba partlayışı nəticəsində 23 adam həlak olub. Hücum 50-dən çox insanın yaralanmasına səbəb olub. Ölənlərin sayının artacağı təxmin edilir.

Kürrəm vilayətinin siyasi administratoru Amcad Əli Xan bildirib ki, bomba bazarda bağlamada gizlədilib.

Pakistanın bu qəbilə bölgəsi islamçı yaraqlıların hücumlarına, habelə sünni və şiə müsəlmanların qarşıdurmalarına səhnə olub.

Hücumun məsuliyyətini Ləşkər-e Cəngvi şiə müsəlman qrupu üzərinə alıb.

XS
SM
MD
LG