Accessibility links

Pakistana yeni müvəqqəti baş nazir təyin edilib


Pakistan prezidenti Arif Ələvi (Colda) və Ənvərül Haq Kakar
Pakistan prezidenti Arif Ələvi (Colda) və Ənvərül Haq Kakar

Ənvərül Haq Kakar Pakistanın yeni müvəqqəti baş naziri təyin edilib.

O, bazar ertəsi İslamabaddakı prezident sarayında prezident Arif Əlvinin iştirakı ilə keçirilən mərasimdə and içib. Mərasimdə vəzifəsini başa vuran baş nazir Şehbaz Şərif də iştirak edib.

Şərif və müxalifət lideri Raca Riaz Əhməd şənbə günü danışıqlardan sonra Əlvinin təklifi ilə bağlı razılığa gəlib.

Kakarın Senatdan istefası bazar ertəsi andiçmə mərasimindən əvvəl qəbul edilib.

Əslən Bəlucistandan olan 52 yaşlı müvəqqəti baş nazir etnik puştundur. O, Bəlucistanın Avami partiyasının üzvüdür.

Müvəqqəti vəzifəsində o, qarşıdan gələn seçkilərin azad və ədalətli keçirilməsinə cavabdehdir. Kakar eləcə də seçkilərdə neytrallığı qorumaq üçün özünün qurduğu partiyadan istefa verməyə qərar verib.

Vəzifəsini tərk edən baş nazir Şehbaz Kakarın müvəqqəti vəzifə üçün "ən uyğun insan" olduğunu deyib.

Müvəqqəti baş nazir vəzifəsi seçkilər baş tutana və daimi baş nazir təyin edilənə qədər davam edəcək bir vəzifədir. Müvəqqəti siyasətçi status-kvonu saxlayır və idarə etmir. Bu, seçilmiş vəzifə deyil.

Forum

XS
SM
MD
LG