Accessibility links

Pakistanda uşaq əməyi [Video]


Pakistanda milyonlarla uşaq işləməyə məcburdur
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Pakistanda milyonlarla uşaq işləməyə məcburdur

Pakistan qanunvericiliyində uşaqların ağır işlərdə işləməsinə qadağa qoyulmasına baxmayaraq, bu ölkədə milyonlarla uşaq çörəkpulu qazanmaq üçün işləməyə məcburdur. Beynəlxalq Əmək Təşkilatının bildirdiyinə görə, Pakistanda uşaqların çoxu ağır və təhlükəli işlərdə işləyir.

Pakistandakı milyonlarla uşaqlar kimi ailəsini dolandırmaq üçün Möhsün də məktəbi 13 yaşında atmalı olub.Onu atası iflicdirdir. “Mənim atam xəstələndiyinə görə, bizim evdə yeməyə heç nə yox idi. Mən də ailəmizi dolandırmaq üçün işləməli oldum.” - deyə, Möhsün bildirir.

Birləşmiş Ştatlar Dövlət Departamentinın hesabatında deyilir ki, Pakistan uşaq əməyinin qarşısının alınması ilə bağlı 2011-ci ildən bəri ciddi irəliləyiş əldə etməyib.

Qadir Xan Mondaxail Sindh vilayətinin paytaxtı Kəraçidə insan haqları təşkilatında işləyir. “Biz qanunların həyata keçirilməsi yolunda çalışırıq. Uşaqlar 18 yaşınadək işləmələlidirlər, onlar təhsil almaq üçün məktəbə getməlidirlər. Burada problem Sindh və Bəlucistan, eləcə də federal hökumətin məsələyə ciddi yanaşmamasıdır.”

Ölkədə 16 yaşadək təhsil pulsuz və məcburi olsa da, yoxsul bölgələrdə ailələrini dolandırmaq üçün bəzən uşaqlar 6 yaşdan başlayaraq işləməli olur. Möhsün deyir ki, o, məktəbə getməyi çox istəyir, lakin ailəsinin maddi durumu buna imkan vermir.

Fabrik yananda biz çox qorxduq. Başqalarının uşaqları öldü, onlar bizim uşaqlara bənzəyirdi. Mən uşaqlarımı işə göndərəndə çox qorxuram, amma nə edə bilərəm, biz nəsə yeməliyik.
Kiçik Möhsünün anası
Möhsün yerli fabrikdə işləyir. O, ya malları qutulara doldurur, ya da tikiş işləri ilə məşğul olur və həftədə 10 dollar qazanır.

Möhsünün anası Rubi böyük oğlunun təhlükəli şəraitə malik fabrikdə 10 yaşında işləməyə başladığını deyir. Keçən il Kəraçidəki tikiş fabrikində baş verən yanğın zamanı uşaqlar da daxil edilməklə, 289 adam həlak olmuşdu.

“Fabrik yananda biz çox qorxduq. Başqalarının uşaqları öldü, onlar bizim uşaqlara bənzəyirdi. Mən uşaqlarımı işə göndərəndə çox qorxuram, amma nə edə bilərəm, biz nəsə yeməliyik,” - deyə, Möhsünün anası bildirir.

Yoxsulluğun və işsizliyin baş alıb getdiyi və qanunların işləmədiyi bir şəraitdə Möhsün və onun kimi uşaqların gələcəyinin xeyli fərqli olacağına inanmaq çətindir.
XS
SM
MD
LG