Accessibility links

Pakistanda dəniz donanması personalı hədəf alınıb-bir nəfər öldürülüb


Pakistanda silahlı şəxslər Qvadar bölgəsinin cənub-qərbində dəniz donanması personalını daşıyan nəqliyyat vasitəsinə pusqu qurduğunu, ən azı bir dənizçini öldürdürüb, ikisini isə ağır yaralayıb.

Qvadarın yerləşdiyi Bəlucistan vilayətinin naziri Zahur Büledi Amerikanın Səsinə verdiyi açıqlamada təcavüzkarların liman şəhəri Jivani yaxınlığında Pakistan dəniz donanması üzvlərini avtomatik silahlarla hədəf aldığını bildirib.

Bu bölgə Çin-Pakistan İqtisadi Dəhlizinin mərkəzi yeri olan və Çin tərəfindən inşa edilmiş milyonlarla dollarlıq dərin su limanına ev sahibliyi edir.

Büledi hadisəni terror aktı kimi qınayaraq, Sürətli Mübarizə Qüvvələri personalının nəqliyyat vasitəsinin içində olduğunu deyib.

ABŞ-ın qlobal terror qruplaşması elan etdiyi Bəlucistan Azadlıq Ordusu hücumun məsuliyyətini üzərinə götürüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG