Accessibility links

Pakistanın xeyriyyə təşkilatları rekord inflyasiya ilə üzləşir


Pakistanın xeyriyyə təşkilatları rekord inflyasiya ilə üzləşir
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Pakistanlılar ənənəvi olaraq xeyriyyəçiliyə səxavətlə pul versələr də, əksəriyyəti vergi ödəməkdən yayınır. Hazırda ianələrin azaldığını və ölkədə 38 faizlik rekord inflyasiya olduğunu nəzərə alsaq, xeyriyyə təşkilatları çətinliklərlə üz-üzədir. Bununla yanaşı, vergi yığımının azalması iqtisadi artıma zərbə vurur və ayaqda durmaq üçün xeyriyyə təşkilatlarına ehtiyacı artırır.

Hər gün minlərlə pakistanlı isti yemək üçün "Saylani Welfare Trust"ın bütün ölkə boyu yayılmış pulsuz qida paylama mərkəzlərindən birinə gəlir. Gözətçi Məhəmməd Xurşid: "Əgər bu pulsuz yemək olmasaydı, maaşımın hamısını yalnız yeməyə xərcləyərdim."

İllik inflyasiya səviyyəsi təxminən 38% çatan ölkədə insanların gəlirləri hesabına fəaliyyət göstərən Pakistanın ən böyük xeyriyyə təşkilatlarından biri olan "Saylani" pulsuz qidaya gündəlik tələbatın artması, lakin ianələrin azalması ilə üzləşir. Süheyil Əhməd: "Bir neçə ay əvvələ qədər mən 30 min çörək parçası bişirirdim. İndi onların sayı 42 minə çatıb. İanələr azalıb, amma "Saylani"nin işi azalmayıb".

Xeyriyyəçilik Pakistan mədəniyyətinin böyük bir hissəsidir. 2021-ci ildə Gallup-un Pakistanda keçirdiyi sorğuda respondentlərin təxminən 76%-i bir il əvvəl yardım üçün pul verdiyini bildirib. Eyni zamanda, vergi ödəyən pakistanlıların nisbəti həmişə hədsiz dərəcədə aşağı səviyyədə olub.

Ölkənin Ümumdaxili Məhsulunda (ÜDM) vergilərin payı 10%-dən aşağıdır. Yəni hökumətin aldığı vergi iqtisadiyyatın 10 faizindən aşağı payını təşkil edir.

Ekspertlərin fikrincə, əksər ölkələrin iqtisadi artımı davam etdirməsi üçün verginin Ümumdaxili Məhsula nisbəti ən azı 15% olmalıdır.

Pakistanda kənd təsərrüfatı, ticarət, pərakəndə satış və daşınmaz əmlak kimi nəhəng sektorlar vergi dərəcələrini aşağı saxlamaq və bəzən hesablandıqları vergiləri ödəməkdən yayınmaq üçün siyasi gücdən istifadə edir. Əli Xizar: "Bu müqəddəs inəklər parlamentdə var. Bu müqəddəs inəklərin hərbi qurumda həqiqətən güclü lobbisi var və onlar qərar qəbul edənlərin arasında dərin kök salıb".

Mürəkkəb vergi sistemi, səmərəsiz tətbiq və hökumətə inamın olmaması da çoxlarının vergidən yayınmasına səbəb olur.

Vergi şəbəkəsinin genişləndirilməsi və yığımın artırılması Beynəlxalq Valyuta Fondunun 2019-cu ildə dayandırılmış xilasetmə sazişini canlandırmaq üçün şərtlərdən biridir. Lakin çox ehtimal ki, hökumət bu hədəfinə çata bilməyəcək.

Pakistanın defolt həddində olması, ərzaq və yanacağın bahalaşması səbəbindən milyonlarla insanın yoxsulluğa sürüklənməsi ilə “Saylani” kimi xeyriyyə təşkilatlarına təzyiqlər artır. "İşimizin dayana biləcəyindən çox narahatıq. Lakin bunun baş verməməsi üçün əlimizdən gələni edəcəyik" - deyə, Süheyl Əhməd bildirir.

XS
SM
MD
LG