Əfqanıstan və Pakistan Talibanı Kabilin əfqan münaqişəsinə siyasi həll tapmaq üçün qeydsiz-şətsiz sülh danışığı aparmaq təklifini qəbul etməyə çağırıb.
Bu çağırış prezident Əşrəf Qani və Əfqanıstanı ziyarət edən Pakistanın baş naziri Şahid Xəqan Abbasi arasında bir gün davam edən danışıqlardan sonraya təsadüf edib. Danışıqlarda hər iki ölkənin nazirləri və milli təhlükəsizlik müşavirləri də iştirak edib.
Prezident Qani Əfqanıstan müharibəsinə danışıq vasitəsilə həll tapmaq üçün bir ay əvvəl Talibana şərtsiz danışıqlar aparmağı təklif edib. Onun təşəbbüsü həm ölkə daxilində həm də beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib.
Lakin Taliban bu ölkələrin qiyamçıları Əfqanıstanın sülh prosesinə çağırmasına cavab verməyib.
Pakistan və Əfanıstan rəsmiləri deyib ki, Abbasi ilə Qani arasında görüşlər “çox səmimi və mehriban əhvalda keçib.”
Hər iki lider yollar, dəmiryolları, ticarət və tranzit keçidləri vasitəsilə, habelə təbii ehtiyatlarla zəngin Mərkəzi Asiya ölkələrindən Əfqanıstandan keçərək Pakistana təbii qaz və enerji idxal edərək regional təhlükəsizliyi təmin etmək üzərində razılaşıb.
Baş nazir Abbasi prezident Qanini “yaxın zamanda” Pakistanı ziyarət etməyə dəvət edib.
Rəsmilər deyib ki, Türkmənistandan Əfqanıstandan keçərək Pakistana təbii qaz nəql edən multi-milyard dollarlıq layihənin tikintisində irəliləyişlər də nəzərdən keçirilib.
Əfqanıstan prezident aparatının yaydığı bəyanatda bildirilib ki, hər iki tərəf İslamabadın geniş ikitərəfli dialoq planını irəlilətmək üzərində razılıq əldə edib. Bəyanatda həmçini hər iki ölkənin xarici işlər nazirləri və milli təhlükəsizlik müşavirlərinə Əfqanıstan-Pakistanın Sülh və Həmrəylik naminə Faəliyyət Planını birlikdə yekunşlaşdırmaq öhdəliyi verildiyini qeyd edilib.
Bundan əlavə hər iki ölkə Pakistandan üç milyon əfqan qaçqının Əfqanıstana qaytarılması üçün vaxt təyin edib, mexanizmlər hazırlamaları üçün birə komissiya yaratmağa razılaşıb.
Bu mühüm səfər Əfqanıstan höküməti Pakistanın döyüşçü təyyarələrinin Əfqanıstanın hava hövzəsinə icazəsiz daxil olduğunu və sərhəddə yerləşən Kunar əyalətindəki əraziləri bombaladığını bildirməsindən bir gün sonraya təsadüf edib.
İslamabad bu ittihamları əsassız adlandırıb və Pakistanın təhlükəsizlik qüvvələrinin Əfqanıstanda qərargahlanan militantların hücumlar keçirməsinin qarşısını almaq üçün öz sərhədi daxilində terrorla mübarizə əməliyyaatları apardığını bildirib.
Kabilə səfər etmədən bir gün öncə baş nazir Abbasi Pakistanın əfqan münaqişəsini canlandırma məqsədilə Talibanı dəstəklədiyinə dair ittihamları rədd edib. O deyib ki, Pakistanın təhlükəsizlik qüvvələri ərazini terror qruplarından təmizləyib və onlardan geridə qalanları da təmizləmək üçün əməliyyatlar davam etdirilir.