Accessibility links

Pakistanın keçmiş baş naziri Xan partiyasına qarşı "terror hökmranlığı"nın başladığını deyir


Pakistanın keçmiş baş naziri İmran Xan
Pakistanın keçmiş baş naziri İmran Xan

Pakistanın keçmiş baş naziri İmran Xan çərşənbə axşamı hökuməti partiyasını seçkilərdən kənarlaşdırmaq üçün onun partiyasına qarşı "terror hökmranlığından" istifadədə və ölkənin əsas mediasına tərəfdarlarına qarşı sui-istifadələr barədə məlumat yaymağı qadağan etməkdə ittiham edib.

Xan bu iddiaları Twitter səhifəsində, onun müxalif "Pakistan Təhrik-i-Insaf" və ya ölkənin ən böyük siyasi qüvvəsi olan PTI-yə qarşı repressiyalar fonunda yazıb. Hakimiyyət məhbuslara qarşı geniş yayılmış təzyiqlər və işgəncə iddiaları fonunda keçmiş nazirlər və millət vəkilləri ilə birlikdə minlərlə PTI tərəfdarını həbs edib.

Baş nazir Şehbaz Şərifin hökuməti Xanın korrupsiya ittihamı ilə qısa müddətli həbsinə qarşı "Pakistan Təhrik-i-Insaf"ın başçılıq etdiyi zorakı etirazlarla əlaqədar qadınlar da daxil olmaqla, 5000-ə yaxın adamın həbs edildiyini təsdiqləyib. Mayın 9-da keçirilən etiraz aksiyaları zamanı müdafiə obyektlərini və divar rəsmlərini qarət etmə iddiası ilə onlarla məhbus hərbi məhkəmələrdə mühakimə olunmaq üçün orduya təhvil verilib.

Xan çərşənbə axşamı Twitter səhifəsində "Artıq əsas sosial media tamamilə susdurulduğuna görə, hər kəs seçkilərdən kənarda qalması üçün Pakistanın ən böyük partiyasına qarşı terrordan istifadə edildiyindən xəbərdar olmalıdır" - deyə, bildirib.

Polis və hökumət rəsmiləri Xanın tərəfdarlarına qarşı hər hansı zorakılıq və ya hüquq pozuntuları ilə bağlı iddiaları rədd edir.

70 yaşlı müxalifət lideri uzun müddətdir ki, Pakistanda ən populyar milli siyasətçi olduğu üçün onun çıxışları və mitinqləri televiziya ekranlarında daim işıqlandırılıb.

Xan keçən ilin aprelində hakimiyyətdən kənarlaşdırıldıqdan sonra Pakistanda müxalifətçilər üçün tez-tez təhlükə yaradan bir sıra hüquqi ittihamlarla üzləşib.

XS
SM
MD
LG