Accessibility links

BMT: Daşqından zərər çəkmiş Pakistanda humanitar böhranın miqyası görünməmiş dərəcədədir


BMT-nin yardım agentlikləri Pakistanda daşqın nəticəsində evsiz və kimsəsiz qalan milyonlarla insana dəymiş ziyanı qiymətləndirmək və lazımi yardım göstərmək üçün resursları və işçiləri sürətlə səfərbər edir.

İyun ayından Pakistana yağan güclü yağışlar ölkəni su altında qoyaraq, ölkənin üçdə bir hissəsini suyun altında qoyub. Birləşmiş Millətlər Təşkilatı 1100-dən çox insanın öldüyünü, 6000-dən çox insanın yaralandığını, 33 milyon insanın evsiz qaldığını, yüz minlərlə binanın və infrastrukturun zədələndiyini və ya dağıldığını bildirib.

Yardım agentlikləri körpülərin dağıldığını və yolların palçıq altında qaldığını və bu səbəbdən çətin vəziyyətdə olan bir çox insanın gediş-gəlişinin kəsildiyini bildirib. Ümumdünya Səhiyyə Təşkilatı daşqınların sağlamlıq vəziyyətinə fəlakətli təsir göstərdiyi barədə xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatının Pakistandakı nümayəndəsi Palita Mahipala böyük sağlamlıq risklərinin ortaya çıxdığını və daha çox yağış proqnozlaşdırıldığı üçün gələcək aylarda da bu riskin artmaqda davam edəcəyini deyib. Paytaxt İslamabadda çıxış edən Mahipala insanların təmiz suyu və sanitar şəraiti olmayan düşərgələrdə xəstəliyin yayılmasının qarşısını almaq üçün təchizatın zəif olunduğu barədə xəbərdarlıq edib.

“İshal xəstəlikləri, dəri infeksiyaları, tənəffüs yolları infeksiyaları və malyariya xəstəliklərinin yayılması ilə bağlı böyük səhiyyə problemləri haqda artıq məlumat verilib. Yağışlar davam edir və proqnozlara görə, daşqınlar qarşıdakı günlərdə daha da güclənəcək, humanitar və ictimai sağlamlığa daha da böyük təsir göstərəcək” - deyə, Mahipala bildirib.

Mahipala xəstəliklərə nəzarətin genişləndirilməsinə, zədələnmiş səhiyyə müəssisələrinin bərpasına və kifayət qədər dərman və tibbi ləvazimatların əldə edilməsinə təcili ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə, musson yağışları və daşqınlar 2000-ə yaxın dövlət və özəl səhiyyə müəssisəsinə ziyan vurub və ya dağıdıb. O, deyib ki, klinikaların dağılması xəstə və yaralılara lazım olan müalicəni almaq imkanlarına ciddi təsir göstərəcək.

XS
SM
MD
LG