Accessibility links

Pakistan əfqan hökumətilə Taliban arasında barışıq danışıqlarına vasitəçilik etməyə razıdır


Pakistan əfqan hökumətilə Taliban arasında barışıq danışıqlarına vasitəçilik etməyə razıdır
Pakistan əfqan hökumətilə Taliban arasında barışıq danışıqlarına vasitəçilik etməyə razıdır

Pakistanın xarici işlər naziri bu gün müxbirlərə deyib ki, sülhün bərqərar olunmasında əfqanların təşəbbüsü olmalıdır

Pakistan regionda sülhün təbliği məqsədi ilə əfqan hökumətilə Taliban arasında barışıq danışıqlarına vasitəçilik etməyə hazır olduğunu bildirib. Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi bu gün müxbirlərə deyib ki, sülhün bərqərar olunmasında əfqanların təşəbbüsü olmalıdır. Pakistan isə onlara yardım etməyə hazırdır. 1990-cu illərdə Talibana Əfqanıstanda hakimiyyət başına keçməsinə yardım edən İslamabad 2001-ci ildə ABŞ-a qarşı terror aksiyalarından sonra Taliban hərəkatından üz döndərib. Bəzi ABŞ rəsmiləri Pakistan kəşfiyyat xidmətinin bəzi elelmentlərinin Talibanla münasibətləri bərpa etdiyini bildirir.

XS
SM
MD
LG