Accessibility links

İmran Xan Fransa prezidentinı islamofobiyada ittiham edib


Pakistanın baş naziri İmran Xan “küfr” karikaturalarının nəşrini müdafiə edən Fransa prezidenti Emmanuel Makronu “İslama hücum etməkdə” günahlandırıb.

İmran Xan bunu bazar günü Makronun Fransanın Həzrəti Məhəmmədi təsvir edən "cizgi filmlərindən imtina etməyəcəyini" və ölkəsində islamçıların gələcəyinin "heç vaxt olmayacağını" vəd etməsindən dörd gün sonra deyib.

"Təəssüf ki, prezident Makron İslamı və Peyğəmbərimizi hədəf alan küfrlü karikaturalarda təşviq etməklə həm öz vətəndaşlarını həm də bütün müsəlmanları bilərəkdən provokasiya etməyi seçdi" - deyə, Xan tvitier yazılarından birində bildirib.

Başqa bir tvittində isə o "Təəssüf ki, o, müsəlman, ağ supremasistlər, nasist ideoloqlarını dəstəkləyən terrorçuları deyil, islamofobiyanı bütöv İslama qarşı təşviq etməyi seçdi" deyib.

Makron mübahisələrə səbəb olan şərhlərini fransız müəllimi Samuel Patinin söz azadlığı mövzusunda dərs zamanı Peyğəmbərin təsvir edildiyi karikaturaları nümayiş etdirməsindən sonra Paris yaxınlığındakı Pati məktəbinin qarşısında başının kəsilməsinə cavab olaraq verib. Fransa prezidenti öldürülən müəllimi qəhrəman kimi xarakterizə edərək, islamçıların ölkəni təhdid etdiyini deyib.

İslamda Peyğəmbərin karikaturalarınl çəkmək qadağandır. Dini və ya Peyğəmbəri təhqir etmək Pakistanın qanunlarına görə küfr sayılır və edam cəzası verilir.

"İslamı başa düşmədən ona açıq bir şəkildə hücum edən Makron Avropada və dünyadakı milyonlarla müsəlmanı təhqir edib" - deyə, Xan bildirib.

Bu ayın əvvəlində Makronun "İslam bütün dünyada böhran içində olan bir dindir" deməsi mübahisələrə və bəzi müsəlman ölkələrinin Fransa mallarını boykot etməyə çağırmasına səbəb olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG