Accessibility links

Pakistanda hərbi təyyarə qəzaya uğrayıb


Rəsmilərin bildirdiyinə görə, Pakistanın Ravalpindi şəhəri yaxınlığındakı yaşayış məntəqəsində kiçik hərbi təyyarə qəzası azı 12 mülki vətəndaşın, 5 ekipaj üzvünün ölümünə səbəb olub.

Ordu rəsmiləri qəzaya uğrayaraq mülki vətəndaşların ölümünə səbəb olan hərbi təyyarənin adi təlim uçuşu keçirdiyini bildirib. Azı üç evin dağılmasına səbəb olan qəzanın səbəbləri araşdırılır.

Hərbi və mülki xilasetmə işçiləri 12 yaralı mülki vətəndaşı şəhər xəstəxanalarına aparıb. Qəzanın səbəb olduğu yanğın söndürülüb.

Qəza yerində olan ordu zabitlərindən biri təyyarənin yaşayış binasının yan divarına dəydiyini və bu səbəbdən binanın tam çökdüyünü deyib.

Paytaxt İslamabadın yaxınlığında yerləşən Ravalpindi şəhərində Pakistan ordusunun baş qərargahı yerləşir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG