Cənubi Asiyanın nüvə silahına sahib olan rəqib ölkələri Pakistan və Hindistan aralarındakı gərginliyi azaltmaq üçün 2003-cü ildə əldə edilən razılaşmanı bərpa edərək, mübahisəli Kəşmir bölgəsində hərbi əməliyyatları dərhal dayandırmaq qərarına gəlib.
Cümə axşamı iki ölkənin birgə verdiyi açıqlamada yüksək rütbəli hərbi komandirlərin “qaynar xətt təması mexanizmi üzərində” danışıqlar apardıqları və Hindistanla Pakistan arasında Kəşmiri ayıran Nəzarət Xətti boyunca vəziyyəti “sərbəst və səmimi bir şəraitdə” nəzərdən keçirdikləri bildirilib.
“Hər iki tərəf 2021-ci il, fevralın 24-dən 25-nə keçən gecədən etibarən qüvvəyə minən Nəzarət Xətti (LOC) və bütün digər sektorlar boyunca bütün razılaşmalara, anlaşmalara və atəşkəsə son qoyulmasına razı olub“ - deyə, Pakistan ordusu tərəfindən yayımlanan açıqlamada bildirilib.
Razılaşmada eləcə də "qarşılıqlı, faydalı və davamlı sülhə nail olmaq üçün" hər iki tərəfin "barışığı pozacaq və zorakılığa səbəb olacaq məsələlərdə bir-birinə yardım" edəcəyi deyilir.
Hindistan və Pakistanın hərbi komandirləri “gözlənilməz vəziyyəti və ya anlaşılmazlığı” həll etmək üçün mövcud ikitərəfli razılaşmadan istifadə etməklə yanaşı, sərhəd təhlükəsizliyi rəsmiləri arasında görüşlərin də təşkil edilməli olduğunu bildirib.
1947-ci ildə hər iki ölkənin Britaniyanın müstəmləkəsindən azad olduqdan sonra aralarında baş verən üç müharibədən ikisinə Kəşmir səbəb olub. Hər iki ölkə Himalayda yerləşən bu ərazinin bütövlüklə onlara məxsus olduğunu iddia edir.