Pakistan cümə axşamı Kəşmir bölgəsindəki sərhəddə əsgərlər arasında baş verən atışma zamanı 3 əsgərinin öldürüldüyünü bildirib. Hindistan isə nəinki Pakistanın, özünün də 5 əsgərinin öldüyünü inkar edir.
Pakistan Silahlı Qüvvələrinin sözçüsü, general-mayor Asif Qafur Twitter səhifəsində Hindistan osdusunun mübahisəli sərhəd bölgəsini atəşə tutduğu zaman Pakistanın 3 əsgərinin öldüyünü yazıb. O, atışma zamanı Hindistanın da 5 əsgərinin öldürüldüyünü bildirib.
Hindistan ordusunun nümayəndəsi bu məlumatı təkzib edib. "Xəsarət alan yoxdur. Bu məlumat yalandır " - deyə, o bildirib.
Hindistan ordusunun bəyanatında cümə axşamı yerli vaxtla saat 07.00-dan etibarən Pakistanın iki dövlət arasındakı atəşkəs razılığını pozduğunu bildirilib.
Nüvə silahına malik qonşular arasında gərginlik Hindistanın müsəlmanların çoxluq təşkil etdiyi Kəşmirin xüsusi statusunu ləğv etməsindən sonra arıb. Bu, qərar həmin bölgəyə iddiası olan Pakistanı qəzəbləndirib.