Pakistanla Hinstan sərhədlərində atışma zamanı 4 mülki vətəndaş və 3 əsgər həlak olub.
Bu, Hindistanın Kəşmirə avqust ayında verdiyi xüsusi statusundan sonra ən ağır qarşıdurmadır.
Tərəflər ölənlər barədə ziddiyyətli məlumatlar verir, lakin yaralılar olduğu üçün ölənlərin sayının artacağından ehtiyat edilir.
Pakistan ordusunun sözçüsü Asif Qafurun bildirdiyinə görə, hücum Hindistan tərəfindən başladılıb. O, 3 mülki vətəndaşın və 1 əsgərin həlak olduğunu deyib.
Lakin Hindistan mənbələri hadisə və tələfat barədə başqa məlumat verib. Bildirilib ki, Pakistan əsəgərləri Hindistan sərhədini hədəf alaraq, mülki vətəndaşları atəşə tutub, 1 əsgər və iki vətəndaş həlak olub.
Hindistan parlamenti Kəşmir bölgəsində əhəmiyyətli muxtariyyəti təmin edən xüsusi statusu ləğv edərək, ştatın bölünməsinə dair qətnaməni təsdiq edib.
Hindistan hökumətinin bu addımı ilə Bharatiya Canata Partiyasında millətçilərin Kəşmirin öz konstitusiyasına malik olmasına və xarici işlər, müdafiə və kommunikasiyalar istisna olmaqla, bütün başqa məsələlərdə öz qanunlarını tərtib etməyə imkan verən konstitusiyadakı maddəyə son qoyulmasına dair uzun müddətdir verdiyi vədlər yerinə yetirilmiş olur.
Kəşmir iki federal inzibati əraziyə bölünüb və Dehlinin regiona faktiki olaraq nəzarəti gücləndirilib. Bu ərazilərdən biri müsəlmanların əksəriyyətdə olduğu Kəşmir vadisi və hindlilərin çoxluq təşkil etdiyi Cammu, digəri isə buddistlərin əksəriyyətdə olduğu Ladaxdır. Hindistanın bütün qanunları bundan sonra Kəşmirə tətbiq olunur.