Accessibility links

Pakistan: Hindistana 'tam cavab' verəcəyik


"Pakistan mübahisəli Kəşmir məsələsində Hindistanın hərəkətlərinə tam cavab verəcək və beynəlxalq ictimaiyyət orada baş verən "fəlakət" üçün məsuliyyət daşıyacaq," deyə əksəriyyəti müsəlman olan ölkənin baş naziri İmran Xan cümə günü bildirib.

Baş nazirin 1965-ci ildə Hindistanla müharibədə həlak olan Pakistan əsgərlərinin illik anım günündə dedikləri Delhinin keçən ay mübahisəli Kəşmir bölgəsinin muxtariyyətini ləğv etməsindən sonra nüvə silahlı düşmənlər arasında gərginliyin artmasına işarədir.

... Hindistan yeni müharibənin toxumlarını səpir.
Asif Qafur, Pakistan Ordusu


"Mən Pakistanın müharibə istəmədiyini dünyaya çatdırdım. Lakin Pakistan öz təhlükəsizliyi və bütövlüyünə dair problemlərdə diqqətdən kənarda qala bilməz," İmran Xan dövlətə məxsus Pakistan Radiosunun veb səhifəsinə yazıb.

Bu həftə İmran Xan Cənubi Asiya qonşuları arasında müharibənin biöyük risk olduğunu, lakin ilk addımı Pakistanın atmayacağənə deyib.

Xan Himalay regionu məsələsində Hindistana təzyiq göstərmələri üçün Birləşmiş Ştatlar, keçmiş müstəmləkə qüvvəsi Britaniya və digər dövlətlərin dəstəyini qazanmaq məqsədilə güclü beynəlxalq diplomatik kampaniya aparır. Lakin onun əhalisinin əksəriyyəti hindular olan qonşusu xaricin müdaxiləsini istəmir.

Hindistan xüsusi statusu ləğv etdikdən sonra Kəşmirdə gərginliklər artıb.
Hindistan xüsusi statusu ləğv etdikdən sonra Kəşmirdə gərginliklər artıb.

Pakistanın ordu generalı Qəmər Cavid Bacva isə Ravalpindi şəhərində verdiyi şərhində deyib ki, Pakistan heç vaxt Kəşmiri tərk etməyəcək.

Hindistanın baş naziri Narendra Modi avqustun 5-də Kəşmirin xüsusi statusunu ləğv etdikdən sonra Hindistan qoşunları Kəşmir vadisinə yeridilib, hərəkəti məhdudlaşdırılıb və rabitə sistemi kəsilib.

Çərşənbə günü verdiyi bəyanatda Pakistan ordusunun baş sözçüsü General Mayor Asif Qafur Hindistanı gərginliyi alovlandırmada ittiham edib.

“Hindistanın işğal edilmiş Kəşmirdəki hərəkətləri regionun tədricən sabitliyə doğru irəlilədiyi bir vaxtda baş verir, ancaq Hindistan yeni müharibənin toxumlarını səpir,” Qafur bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG