Accessibility links

Pakistanda hindu məbədinə hücum edilib


Pakistanın Ravalpindi şəhərində hinduların bir əsrlik məbədinə xəsarət yetirənlər hadisə yerindən qaçıb.

Vandallar şənbə günü gecə həyata keçirdikləri hücum zamanı məbədin qapısını və pilləkənlərini sındırıb. Yerli polis məmuru Məhəmməd Tosif Səccadın dediyinə görə, məbəd təmir olunurdu və hinduların ibadəti üçün hələ açılmamışdı.

Təmir hindular baharın gəlişini qeyd etdikləri Holi bayramı zamanı müvəqqəti dayandırılmışdı. Təmir işləri başlayana qədər məbəd tərk edilmiş vəziyyətdə idi. Yaxınlıqdakı dükan sahibləri məbədə məxsus ərazinin çox hissəsini zəbt etmişdilər.

Hadisə ilə bağlı daha ətraflı məlumat verilməyib. Hücuma görə məsuliyyəti öz üzərinə götürən də olmayıb.

Əksəriyyəti müsəlman olan Pakistanda müsəlmanlar və hindular ümumilikdə dinc yaşayırlar. Lakin son illər Hindu məbədlərinə hücumlar olub. Pakistanın azlıq təşkil edən hinduların əksəriyyəti 1947-ci ildə Britaniya hökuməti Hindistanı iki hissəyə böldüyü zaman Hindistana köçüb.

Bu hücum sosial mediada tənqidlərə səbəb olan ölkənin şimal-qərbindəki Hindu məbədinin dağıdılmasından bir neçə ay sonra həyata keçirilib.

Keçən ilin dekabrın 30-da dini bir partiyanın iki minə yaxın üzvü Xeyber Paxtunxva əyalətinin ucqar Karak bölgəsindəki məbədə hücum etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. ​​Ukrayna və Rusiya bir-birini Kaxovka bəndini partlatmaqda ittiham edir
please wait

No media source currently available

0:00 0:11:54 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG