Accessibility links

Pakistan hərbi qüvvələri 40 Taliban qiyamçısını öldürdü


Pakistan hərbi qüvvələri 40 Taliban qiyamçısını öldürdü
Pakistan hərbi qüvvələri 40 Taliban qiyamçısını öldürdü

BMT-nin bildirdiyinə görə iki yüz mindən artıq insan Pakistan hərbi qüvvələrinin hücumlar keçirdiyi şimal-qərb bölgəsini tərk edib.

BMT-nin bildirdiyinə görə iki yüz mindən artıq insan Pakistan hərbi qüvvələrinin hücumlar keçirdiyi şimal-qərb bölgəsini tərk edib. Yeni başlanan döyüşlər zamanı 40 qiyamçı və 2 əsgər öldürülüb.

Pakistan rəsmiləri bildirib ki, hərbi qüvvələr bazar ertəsi qəbilələrin yaşadığı Orakzay regionunun Şirin Dərə ərazisində yoxlama məntəqəsində 100-dən artıq qiyamçıya cavab hücumu edib.

Hərbi qüvvələr Cənubi Vəziristanda keçirilən hərbi hücumlardan qaçmış Taliban qiyamçılarını təmizləmək məqsədi ilə Orakzay ərazisində mart ayında hücuma başlayıb.

BMT rəsmisi bazar ertəsi döyüş bölgəsini tərk edənlərə kömək məqsədi ilə ayrılan maddi yardımın az olması barədə xəbərdarlıq edib. BMT-nin humanitar işlər üzrə Pakistandakı koordinatoru agentliyin 106 milyon ABŞ dolları aldığını söyləyib. Bu isə fevral ayında istənilən 537 milyonluq büdcənin 20 faizini təşkil edir.

XS
SM
MD
LG