Accessibility links

Pakistan: İranın oğurlanan sərhəd keşikçiləri azad edilib


Pakistan İranın oğurlanan sərhəd keşikçilərinin sərhəd qvardiyası tərəfindən azad edildiyini təsdiq edib. Hazırda digərlərinin də azadlığı səyləri davam etdirilir.

İran əleyhinə olan sünni yaraqlı təşkilatı Ceyş -Əl Ədl 12 nəfərlik keçikçi komandasını bir ay əvvəl İranın sərhəd Mircaveh şəhərində ələ keçirib.

Tehran İslamabaddan onların azad edilməsini tələb edib.

“Pakistanın hüquq-mühafizə orqanları və silahlı qüvvələrinin birgə səyləri çərçivəsində 5 iranlı azad edilib” - deyə, Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Feysəl bildirib.

O, girovların sağlamlıq durumunun yaxşı olduğunu əlavə edib.

Pakistanın bu bəyanatı İran İslam İnqilab Qvardiyasının baş komandiri, general-mayor Məhəmməd Əli Cəfərinin müxbirlərə 5 İran keşikçisinin azad edildiyi və qonşu ölkədə olduqlarını deməsindən bir neçə saat sonra səslənib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG