Accessibility links

Pakistanın keçmiş baş naziri İmran Xan zaminə buraxılıb


Pakistanın keçmiş baş naziri İmran Xanın bu həftə rüşvət ittihamı ilə həbsinə qarşı ölümlə nəticələnən qarşıdurmalardan sonra o, cümə günü İslamabadın Ali Məhkəməsi tərəfindən zaminə buraxılıb.

Xan yarı-hərbi qrup tərəfindən çərşənbə axşamı məhkəmədə həbs edilib. Lakin daha sonra Ali Məhkəmə həbsi qanunsuz elan edib və məhkəmə işinin "dayandırılmasını" tələb edib.

Xan zaminə cümə günü İslamabadın Ali Məhkəməsinə konvoyla aparıldıqdan, binaya onlarla polis və yarı-hərbi qüvvələrin əhatəsində daxil olduqdan sonra buraxılıb.

"Məhkəmə İmran Xana iki həftəlik müvəqqətə zaminlik verib və rəsmilərə onu [rüşvətxorluq] səbəbilə həbs etməməyi tapşırdı" - deyə, Xanın vəkili Xavaca Harris jurnalistlərə bildirib.

Məhkəmə binası qarşısına toplaşan "Pakistan Təhrik-i-Insaf"ın vəkilləri "Xan, tərəfdarlarınız saysız-hesabsızdır", "Vəkillər sağdır" şüarları səsləndirib.

Daxili işlər naziri keçən ilin aprel ayında hakimiyyətdən uzaqlaşdırıldıqdan və hərbçilərə qarşı itaətsizlik kampaniyasına başladığı vaxtdan bəri Pakistandakı müxalifətçilərə təhlükə olan çoxsaylı məhkəmə işində adı hallanan Xanı yenidən həbs edəcəyini vəd edib.

Ümummilli seçkilər oktyabr ayından gec olmayaraq keçirilməlidir və keçmiş kriket ulduzu hazırkı koalisiya hökumətini yüksək səviyyəli generallarla əlbir olaraq, onu sıxışdırmaqda günahlandırıb.

Xan nəzarətə terror və korrupsiyadan tutmuş, dövlətə xəyanət və digər cinayət əməllərinə qədər ona qarşı irəli sürülən onlarla ittiham üzrə dinləmələrdə iştirak etməyə hazırlaşarkən alınıb.

XS
SM
MD
LG